Ayxan Abbasov yubiley oyununda məğlub olub

Xəbərlər
9 Oktyabr 2023 11:20
217
Ayxan Abbasov yubiley oyununda məğlub olub

“Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovun rəhbərliyi dövründə 50-ci oyununu keçirib.

İdman.biz xəbər verir ki, bu, Misli Premyer Liqasının IX turuna təsadüf edib.

Qərblilər səfərdə “Zirə”yə 1:2 hesabı ilə uduzub.

Abbasov 2022-ci ilin yayından Tovuz klubunun baş məşqçisidir. Bu müddətdə komandası 45 çempionat və 5 kubok görüşünə çıxıb.

Qərblilər bu qarşılaşmalarda 16 qələbə qazanıb və 12 heç-heçə edib. Tovuz təmsilçisi Abbasovun baş məşqçiliyi altında 22 dəfə uduzub.

İdman.biz