"Qarabağ" “Tallinn Cup” turnirinin qalibi olub

Xəbərlər
7 İyul 2024 18:56
927
"Qarabağ" “Tallinn Cup” turnirinin qalibi olub

"Qarabağ"ın 16 yaşadək futbolçulardan ibarət komandası “Tallinn Cup” turnirinin qalibi olub.

İdman.biz xəbər verir ki, U-16 keçirdiyi bütün oyunları qələbə ilə başa vurub.

Rəşad Sadiqovun yetirmələri Estoniyada keçirilən beynəlxalq turnirdəki son oyununda yerli “Trans Narva” ilə qarşılaşıb. 2:0 hesabı ilə başa çatan matçda Sahib Əliyev və Fərhad Abbasov fərqləniblər.

7 komandanın iştirak etdiyi turnirdə "Qarabağ"ın üzvləri Elşən Nəsirov ən yaxşı qapıçı, Əli İbrahim ən yaxşı oyunçu mükafatına layiq görülüb. Turnirdə “Trans Narva” ikinci, “Olimp” üçüncü yeri tutub.

Qeyd edək ki, U-16 komandası “Auda”nı (Latviya) 4:1, “Hasselbi”ni (İsveç) 4:0, “NF Academy”ni (Estoniya) 2:1, “Jarlaberqs”i 3:2, “Olimp”i (Estoniya) 4:1 hesabı ilə məğlub edib.

İdman.biz