“Kurban Berdıyevin qarşısında Avropa kuboklarına çıxmaq vəzifəsi qoyulub”.
İdman.biz xəbər verir ki, bunu “Turan Tovuz”un İdarə Heyətinin sədr müavini Əli Balakişiyev Rusiya mətbuatında açıqlamasında deyib.
O, 71 yaşlı mütəxəssisin qarşısında duran əsas vəzifənin klubun yeni mərhələyə yüksəldilməsi olduğunu bildirib: “Yeni baş məşqçinin qarşısında klubu yeni səviyyəyə yüksəltmək vəzifəsi durur. Çempionatda rəqabətədavamlı komanda yaratmaq və avrokuboklara yüksəlmək əsas məqsədimizdir.”
Qeyd edək ki, Berdıyevin “Turan Tovuz”la 2+1 illik müqavilə bağladığı bildirilib. Hələlik Tovuz klubu rəsmi açıqlama yaymayıb.
İdman.biz