Azərbaycan Premyer Liqasının VI turunda "Kəpəz" Gəncədə "Səbail"i qəbul edir.
İdman.biz xəbər verir ki, ev sahibləri artıq 15-ci dəqiqədə hesabda 0:2 hesabı ilə geri düşməsi yerli azarkeşlərin narazılığına səbəb olub.
2000 nəfərdən çox azarkeş "Kəpəz" rəhbərliyini və baş məşqçi Azər Məmmədov üçün "istefa" şüarları səsləndiriblər.
Qeyd edək ki, hazırda matçın ikinci hissəsi davam edir. Qonaqlar 2:0 hesabı ilə irəlidədirlər. Oyunu izləyənlər arasında AFFA-nın baş katibi Sərxan Hacıyev və İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov da var.
Ağa Dadaşzadə