ÇL: “Qarabağ”a daha bir mümkün rəqib

Xəbərlər
14 Aprel 2024 13:49
2 923
ÇL: “Qarabağ”a daha bir mümkün rəqib

“Qarabağ”ın Çempionlar Liqasının 2024/2025 mövsümündə daha bir mümkün rəqibi bəlli olub.

İdman.biz xəbər verir ki, Slovakiya çempionu titulunu qazanan “Slovan” Ağdam klubu ilə qarşılaşa bilər.

Turnirin reytinq cədvəlində Slovakiya 29-cu, Azərbaycan 30-cu pillədə yer alıb. Hər iki ölkənin çempionları 1-ci təsnifat mərhəsindən mübarizəyə qoşulacaqlar. Həm “Qarabağ”, həm “Slovan” səpələnmişlər arasında yer alacaq.

UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünü yeni formatda təşkil edəcək. 36 klub qələbə uğrunda yarışacaq.

Qeyd edək ki, “Slovan” ardıcıl 6-cı, ümumilikdə isə 22-ci dəfə Slovakiya çempionu olub. Klub 8 dəfə də Çexoslovakiyanın tərkibində liqanın ən güclüsü olub.

İdman.biz