Andrey Lunyov “Qarabağ”ın uğur formulunu açıqlayıb

Xəbərlər
11 Aprel 2024 16:54
Andrey Lunyov “Qarabağ”ın uğur formulunu açıqlayıb

“Biz hər oyuna xüsusi motivasiya, yalnız qələbə istəyi ilə çıxırıq”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib.

Rusiyalı qolkiper qonşu ölkə mətbuatına açıqlamasında son 8 tur qalmış Azərbaycan Premyer Liqasında çempion titulunu qazanılması sirlərini açıqlayıb: “Hər işə düzgün yanaşmadan irəli gəlir. Hər oyunda 90 dəqiqə maksimum konsentrasiya ilə meydana çıxırıq. Bu, ağıq oyun qrafiki və digər amillərdən asılı deyil. Əkdsr rəqiblər buna hazır deyildi. Məşqçi heyətinin düzgün fikirləri və motivasiyası, heyətdə dəqiq rotasiyalar öz sözünü dedi. Tibb heyətinin məşqçilərlə birgə fəaliyyəti bizi bütün oyunlara optimal vəziyyətdə çıxmağa kömək edir. Futbolçuların işə peşəkar yanaşmasını da qeyd etməliyəm. Bütün sadalanan amillər nəticədə özünü göstərdi”.

Andrey Lunyov mövsümün qalan oyunlarında və Azərbaycan kubokunda qələbə qazanmaq arzusunda olduqlarını bildirib: “Mövsümün qalan hissəsini belə davam edib, mümkün qədər çox xal toplamaq istəyirik. Qarşıda bizi kubokda “Neftçi” ilə cavab matçı gözləyir. Kuboku da qazanmaq arzusundayıq. Mövsümü iki titulla bitirmək əla olardı”.

Qeyd edək ki, “Qarabağ” Azərbaycan kubokunun ilk matçında “Neftçi”yə 4:0 hesabı ilə qalib gəlib. Cavab matçı aprelin 24-də olacaq.

İdman.biz