Lunyov: “Qarabağ” Rusiya çempionatında rahat oynayar”

Xəbərlər
11 Aprel 2024 14:58
Lunyov: “Qarabağ” Rusiya çempionatında rahat oynayar”

“Məncə, “Qarabağ” Rusiya Premyer Liqasında istənilən klubla rahat oynaya bilər”.

İdman.biz xəbər verir ki, bunu Andrey Lunyov Rusiya mətbuatına açıqlamasında deyib.

“Qarabağ”ın qapıçısı Azərbaycan çempionunun nəticədən asılı olmayaraq, top klublarla sonadək mübarizə aparmaq gücündə olduğunu bildirib: “Uzaqdan müqayisə etmək çox çətindir. Əgər “Qarabağ”ın Avropa Liqası da daxil olmaqla, bu mövsümki oyunlarını nəzərə alsaq, düşünürəm ki, Rusiya klubları ilə rahat oynaya bilərik. Nəticənin necə olacağı başqa sualdır, amma top klublarla sonadək mübarizə aparmaq gücündəyik. Necə oynadığımıza baxmısınızsa, bunu edə biləcəyimizi anlamısınız”.

Qeyd edək ki, Andrey Lunyov ötən ilin avqustundan “Qarabağ”ın heyətində çıxış edir.

İdman.biz