“Beşiktaş” 3 oyundan sonra xal qazanıb - VİDEO

Xəbərlər
4 Aprel 2024 23:38
“Beşiktaş” 3 oyundan sonra xal qazanıb - VİDEO

Türkiyə Superliqasında 31-ci tura yekun vurulub.

İdman.biz xəbər verir ki, son 2 oyunda qalib müəyyənləşməyib.

“Beşiktaş” səfərdə “Başakşəhər”lə heç-heçə oynayıb. Qonaq komanda Kolleyin durduğu qolla uzun müddət hesabda öndə olub. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə meydan sahibləri bərabərlik topunu vurublar. Son 3 oyunda uduzan “qara qartallar” bu dəfə 1 xal qazanıb. Hesabında 47 xal olan İstanbul klubu 4-cü pillədə qərarlaşıb.

“Samsunspor” öz meydanında “Pendikspor”la xalları yarıya bölüb.

Türkiyə Superliqası
31-ci tur

“Başakşəhər” – “Beşiktaş” – 1:1

“Samsunspor” – “Pendikspor” – 0:0

İdman.biz

Məqalədə: