“Qarabağ” rusiyalı futbolçu ilə danışıqlar aparır

Xəbərlər
1 Aprel 2024 13:02
“Qarabağ” rusiyalı futbolçu ilə danışıqlar aparır

“Qarabağ” rusiyalı qapıçısı Andrey Lunyovla bağlı qərarını verib.

İdman.biz xəbər verir ki, bunu Ağdam klubunun kapitanı Maksim Medvedev açıqlayıb.

O bildirib ki, klub rəhbərliyi 32 yaşlı legionerlə yeni müqavilə bağlamaq istəyir: “Danışıqlar gedir. Aydın məsələdir ki, belə mövsümdən sonra Andeyin “Qarabağ”da qalmasında maraqlıdırlar. Onun da karyerası ilə bağlı hədəfləri var. Əgər Andreylə klub ortaq məxrəcə gəlsə, belə bir qapıçının komandamızda çıxışını davam etdirəcəyinə şad olaram”.

Qeyd edək ki, Lunyov 2023-cü ilin yayından Ağdam klubuna çıxış edir.

İdman.biz