Rahil günahlandırılıb, baş məşqçi üzr istəyib

Xəbərlər
31 Mart 2024 13:28
2 417
Rahil günahlandırılıb, baş məşqçi üzr istəyib

Azərbaycanlı müdafiəçi Rahil Məmmədov Polşa çempionatında ağır məğlubiyyətə görə tənqid olunub.

İdman.biz xəbər verir ki, bu, onun çıxış etdiyi LKS-in səfərdə 0:6 hesabı ilə uduzmasından sonra baş verib.

Oyunu zəif keçirən Rahil Polşa mətbuatının tənqidi ilə üzləşib. Buraxılan qollarda müdafiə xəttinin səhvləri qabardılıb. Amma LKS-in baş məşqçisi Marçin Matisyak məsuliyyəti öz üzərinə götürüb: “Bu nəticəgə görə azarkeşlərdən üzr istəyirəm. Lider mövqeyində qərarlaşan güclü rəqiblə qarşılaşdığımızı yaxşı bilirdik. Amma belə ağır məğlubiyyəti gözləmirdim. Bütün məsuliyyəti öz üzərimə götürür və azarkeşlərdən bir daha üzr istəyirəm”.

Qeyd edək ki, LKS 26 turdan sonra 17 xalla turnir cədvəlinin sonuncu pilləsində yer alıb.

İdman.biz