Azərbaycanlı baş məşqçiyə bir illik qadağa

Xəbərlər
27 Mart 2024 15:50
138
Azərbaycanlı baş məşqçiyə bir illik qadağa

“Azəri” klubunun baş məşqçisi Elşən Əliyevin futbolla bağlı hər hansı fəaliyyətinə 1 il müddətdə qadağa qoyulub.

İdman.biz xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsi qərar verib.

Komitə AFFA U-13 Liqasında keçirilən “Turan Tovuz” – “Azəri” (Gəncə) matçında baş verənləri müzakirə edib. Gəncə təmsilçisinin baş məşqçisi oyunun 15-ci dəqiqəsində baş hakimi təhqir etdiyinə, şərəf və ləyaqətini alçaltdığına, onu vurmağa cəhd etdiyinə görə oyun yarımçıq dayandırıllb. AFFA baş məşqçini cəzalandırmaqla yanaşı, “Azəri”yə 0:3 hesablı texniki məğlubiyyət verib.

İdman.biz

Məqalədə: