İngiltərə yığmasının baş məşqçisi: “Azərbaycan millisinin yaxşı fürsətləri oldu”

Xəbərlər
22 Mart 2024 19:27
354
İngiltərə yığmasının baş məşqçisi: “Azərbaycan millisinin yaxşı fürsətləri oldu”

“Oyundan əvvəl bilirdik ki, bizim üçün çətin sınaq olacaq”.

İdman.biz xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət İngiltərə yığmasının baş məşqçisi Li Karsli deyib.

Avropa çempionatının seçmə mərhələsində Bakıda millimizə 5:1 hesabı ilə qalib gələn rəqib komandanın çalışdırıcısı nəticədən razı qaldığını bildirib: “Rəqibin oyunlarını izləmişdik. Azərbaycan millisinə hörmətlə yanaşırdıq. Rəqibi məğlub etmək üçün yaxşı səviyyədə oynamalı idik. Yaxşı çıxış etdik. Azərbaycan millisinə qarşı İngiltərədə oynamağı səbrsizliklə gözləyirik. Xeyr, biz elə hiss etmədik. Azərbaycan millisinin yaxşı fürsətləri oldu. Əsasən də əks-hücumlarda və standart vəziyyətlərdə. Nəticədən razı qaldım”.

Li Karsli oyunun start Azərbaycan millisinin qol fürsətləri yaratdığını deyib: “Əsasən onları əks-hücumda gözləyirdik. Oyunun əvvəlində yaxşı fürsətləri oldu. Həmin epizodda yaxşı müdafiə olunduq”.

Qeyd edək ki, İngiltərə yığması 6 oyundan sonra 15 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

İdman.biz