Qurban Qurbanov: “Penaltilər seriyasına hazırlaşmamışıq”

Xəbərlər
13 Mart 2024 21:47
779
Qurban Qurbanov: “Penaltilər seriyasına hazırlaşmamışıq”

“Çox sıx qrafikimiz olub. Eyni sözləri son 20 gündə “Bayer” haqqında söyləmək mümkündür”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Bayer”lə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis penaltilər seriyasına hazırlaşmadıqlarını bildirib: “Heç vaxt futbolçularıma sırf əlavə vaxt və ya penaltilər seriyasına hazırlaşmağı tapşırmamışam. Amma məşq proseslərimizdə ayda bir dəfə bunun üzərində çalışırıq. İndi onları buna hazırlamaq psixoloji basqı ola bilər. Belə halları oyunun gedişində düşünmək daha doğrudur. Biz 90 dəqiqəyə motivasiya olub meydana çıxırıq. 120 dəqiqə oynamaq təcrübəmiz də var. Dəfələrlə bu situasiya ilə rastlaşmışıq. Çox istərdim ki, hər şey 90 dəqiqədə həll olunsun. Kim qalib gəlsə,fərq etməz. Futbolçuları nəzərə almaq lazımdır. Son illərdə futbol elə hala gəlib çıxıb ki, oyun sayı həddindən artıq çoxdur. İstirahət etməyə vaxt olmur. Sabah Bakıdakı oyunu daha da yaxşılaşdırmağa çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ” sabah “Bayer”in qonağı olacaq. Komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.

İdman.biz