Ramil Bəxtiyara uduzub

Xəbərlər
10 Mart 2024 23:21
534
Ramil Bəxtiyara uduzub

Türkiyə 1-ci Liqasının 26-cı turu azərbaycanlı futbolçuların dueli ilə yadda qalıb.

İdman.biz xəbər verir ki, Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” Bəxtiyar Həsənəlizadənin formasını geyindiyi “Tuzlaspor”u qonaq edib.

Qarşılaşma ev sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Həsənəlizadə 90 dəqiqə meydanda olub.

Şeydayevin klubu isə ardıcıl 5-ci oyunda qələbə qazanmayıb. Meydana 84-cü dəqiqədə daxil olan Ramil “Kocaelispor”u məğlubiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki, “Kocaelispor” 45 xalla 3-cü, “Tuzlaspor” isə 27 xalla 14-cü pillədə yer alıb.

İdman.biz