“Bayer”in Bakıdakı “yÜZ”Ü

Xəbərlər
8 Mart 2024 00:08
446
“Bayer”in Bakıdakı “yÜZ”Ü

Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la qarşılaşan “Bayer” cari mövsümdə 100-cü qolunu vurub.

İdman.biz xəbər verir ki, Leverkuzen təmsilçisinin yubiley topunun müəllifi Florian Virts olub.

Bakıda 2 dəfə fərqlənən "Bayer" 2023/24 mövsümündə bütün turnirlərdə vurduqları qolu hətta 101-ə çatdırıblar. Xabi Alonsonun yetirmələri “Qarabağ”la oyundan sonra 35 matçda 30 qələbə və 5 heç-heçə ilə yadda qalıblar. Rəqib qapılarına vurulan 101 qoldan 61-i Bundesliqada, 19-u Almaniya kuboku, 21-i Avropa Liqasına təsadüf edib.

Avrokubokdakı qollardan 8-ı “Qarabağ”la matçlarda qeydə alınıb – 5:1, 1:0, 2:2.

“Bayer” bu oyunlarda 26 qol buraxıb. Leverkuzen klubu çempionatda 16, kubokda 5, Avropada 5 dəfə topu qapısında görüb. Bu qollardan 3-nə “Qarabağ” imza atıb.

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında cavab matçı martın 14-də Leverkuzendə baş tutacaq.

İdman.biz

Məqalədə: