Vüsal əvəzlənib, “Boluspor” qələbə qazanıb

Xəbərlər
25 Fevral 2024 17:19
551
Vüsal əvəzlənib, “Boluspor” qələbə qazanıb

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyə 1-ci Liqasında növbəti qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, “Boluspor” öz meydanında “Ərzurumspor”a qalib gəlib.

Vüsal 24-cü tur çərçivəsində keçirilən qarşılamaya start heyətində başlayıb. O, oyunun fasiləsində əvəzlənib. Matç “Boluspor”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri yeganə topu 50-ci dəqiqədə vurublar. İsgəndərlinin komandası son 6 görüşdə 5 qələbə qazanıb, 1 dəfə heç-heçə oynayıb.

Qeyd edək ki, bu qələbədən sonra Bolu təmsilçisi 7-ci pillədəki mövqeyini qoruyub.

İdman.biz