“Qarabağ”ın üç legionerinə millidən dəvət gəldi

Xəbərlər
5 Sentyabr 2023 10:46
76
“Qarabağ”ın üç legionerinə millidən dəvət gəldi

"Qarabağ"ın üç legioneri ölkələrinin milli komandalarına dəvət alıb.

İdman.biz xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yarımmüdafiəçi Marko Yankoviç Monteneqro millisinin AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 7-də Litva, 10-da isə Bolqarıstanla oyunlarına çağırılıb.

Digər orta xətt oyunçusu Leandro Andrade Kabo-Verde yığmasına dəvət alıb. O, Afrika Millətlər Kubokunun seçmə mərhələsində sentyabrın 10-da Toqo millisi ilə matçda iştirak edə bilər.

Qapıçı Luka Quqeşaşvili isə Gürcüstan millisinə çağırılıb. Onun komandası AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 8-də İspaniya, 12-də isə Norveçlə qarşılaşacaq.

İdman.biz