Rahil Məmmədova yeni baş məşqçi

Xəbərlər
21 Fevral 2024 00:34
377
Rahil Məmmədova yeni baş məşqçi

Azərbaycan millsinin futbolçusu Rahil Məmmədovun çıxış etdiyi LKS baş məşqçi ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, uğursuz nəticələrdən sonra Pyotr Stokovieç istefaya göndərilib.

Ötən il oktyabrından Lodz klubuna başçılıq edən Stokovieç Ekstraklasada 9, ölkə kubokunda 1 dəfə olmaqla, komandanı 10 oyunda meydana çıxarıb. Gənc mütəxəssisin rəhbərliyi ilə LKS bu qarşılaşmalarda 3 dəfə heç-heçə edib, 7 dəfə uduzub.

Artıq Rahilin yeni baş məşqçisinin adı bəlli olub. Əvvəllər klubun akademyasında və gənclər komandalarında çalışan Marçin Matisyak mövsümün sonuna kimi LKS-ə rəhbərlik edəcək.

Qeyd edək ki, Məmmədovun komandası 21 turdan sonra 10 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

İdman.biz

Məqalədə: