Yığmamızın futbolçusu “Nomme Yunayted”də

Xəbərlər
20 Fevral 2024 21:08
380
Yığmamızın futbolçusu “Nomme Yunayted”də

Azərbaycanın gənclərdən ibarət yığmasının futbolçusu Murad Vəliyev karyerasını “Nomme Yunayted”də davam etdirəcək.

İdman.biz xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi komanda ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.

2020-ci ildən Estoniya çempionatında çıxış edən Murad “Kalev” və “Levadiya”nın şərəfini qoruyub. Tallinn klubunun idman direktoru Martin Klasen azərbaycanlı futbolçunu yaxşı tanıdıqlarını və uğurlu transfer həyata keçirdikləri bildirib: “Murad klubda işə başlayarkən heyətə cəlb etmək istədiyim futbolçuların siyahısına başçılıq edib. Onu 19 yaşından tanıyıram və Murad öz bacarıqları ilə bizim komandaya əlavə güc qatacaq. Ümid edirəm, 2024-cü il Vəliyevə “Nomme Yunayted” formasında uğurlu mövsüm olacaq”.

Qeyd edək ki, Murad Azərbaycan U-21 yığmasının şərəfini qoruyur. O, 9 oyunda 1 dəfə fərqlənib.

İdman.biz