Rəqibimizin baş məşqçisi "Napoli"yə keçə bilər

Xəbərlər
19 Fevral 2024 22:19
304
Rəqibimizin baş məşqçisi "Napoli"yə keçə bilər

Millətlər Liqasında yığmamızla eyni qrupda yer alan Slovakiyanın baş məşqçisi Françesko Kalzona “Napoli”yə başçılıq edə bilər.

İdman.biz xəbər verir ki, Neapol klubu Valter Matsarinin işindən narazıdır.

İtaliya A seriyasında uğursuz çıxış edən komandanın rəhbərliyi Çemponlar Liqasında “Barselona”ya məğlubiyyət nəticəsində Valter Matsari ilə yollarını ayırmağı planlaşdırır. Kalzona ilə baş məşqçi təyin oldunduğu təqdirdə, o, həm də Slovakiya yığmasındakı fəaliyyətini davam etdirəcək. Slovakiyalılar italiyalı mütəxəssisin rəhbərliyi ilə AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanıblar.

Mövsümə Rusi Qarsiya ilə başlayan neapollular Matsari ilə də erkən vidalaşmağı planlaşdırırlar. 55 yaşlı mütəxəssis İtaliyada “Peruca”, “Alessandriya”, “Sorrento”, “Empoli” və “Kalyari” klublarına rəhbərlik edib.

Qeyd edək ki, Kalzona 2022-ci ilin avqustunda Slovakiya millisinə baş məşqçi təyin olunub. Millətlər Liqası-2023-ün C Liqasının qrup mərhələsində Azərbaycan yığması Kalzonanın başçılıq etdiyi komandanı səfərdə 2:1 hesabı ilə məğlub edib.

İdman.biz