Rahil derbidə uduzub

Xəbərlər
18 Fevral 2024 23:12
328
Rahil derbidə uduzub

Azərbaycanlı müdafiəçi Rahil Məmmədov Lodz derbisində məğlub olub.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi LKS öz meydanında “Vidzev”ə uduzub.

Qarşılaşma qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Rahil LKS-ə kömək edə bilməyib.

Tərəflər arasında keçirilən 70-ci derbidə “Vidzev” 30-cu qələbəsini qazanıb. Məmmədovun klubu 13 dəfə qalib gəlib, 27 oyun heç-heçə başa çatıb.

Qeyd edək ki, LKS 10 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: