“Qarabağ” – “Braqa” oyununa satılan biletlərin sayı açıqlanıb

Xəbərlər
17 Fevral 2024 16:05
169
“Qarabağ” – “Braqa” oyununa satılan biletlərin sayı açıqlanıb

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Braqa" oyununa satılan biletlərin sayı bəlli olub.

İdman.biz xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Artıq 26 min 500 bilet satılıb. Fevralın 22-də keçiriləcək matçın bilet satışı davam edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, biletlər "Iticket.az"ın satış məntəqələri (iticket.az-da onlayn satış), "Park Bulvar"dakı "Qarabağ" FK-nın Fan-Şopunda, Tofiq Bəhramov adına Respublika stadionunun, Heydər Əliyev sarayının kassalarında satılır. "Changan Azerbaijan"da isə VVIP, VIP və CAT 1 biletləri əldə etmək mümkündür.

İdman.biz

Məqalədə: