“Neftçi” Moskva “Spartak”ı ilə yoldaşlıq görüşü keçirəcək.
Bu barədə İdman.bizə klubun mətbuat xidmətindən məlumat verilib.
Yoxlama matçının martın 23-də keçirilməsi nəzərdə tutulub. Qarşılaşma “Neftçi Arena”da keçiriləcək.
Qeyd edək ki, ötən ilin iyulunda “Neftçi” ilə “Spartak” arasında Moskvada yoldaşlıq oyunu keçirilib və qarşılaşma Rusiya klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.biz
