Yarımfinalın ilk oyunlarını buraxacaq futbolçular müəyyənləşib

Xəbərlər
10 Fevral 2024 13:47
953
Yarımfinalın ilk oyunlarını buraxacaq futbolçular müəyyənləşib

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarını buraxacaq futbolçular bəlli olub.

İdman.biz xəbər verir ki, 1/4 finalın cavab matçlarından sonra iki oyunçu cəzalı duruma düşüb.

"Sabah"la qarşılaşmada qırmızı vərəqə qalan Riçard Almeyda "Qarabağ"a kömək edə bilməyəcək. O, "Neftçi" ilə ən azı ilk matçı buraxacaq.

"Qəbələ" isə kapitanını itirib. "Araz-Naxçıvan"la görüşdə aldığı sarı vərəqə Asif Məmmədov üçün ikinci olub. O, "Zirə"yə qarşı oyunda iştirak etməyəcək.

Qeyd edək ki, yarımfinalın ilk qarşılaşmaları aprelin 2-də keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: