“Planla işləyirik və özümüzə güvənirik”.
İdman.biz xəbər verir ki, bunu UEFA Millətlər Liqasında Azərbaycanın rəqibi olan İsveçin baş məşqçisi Stefan Petterson deyib.
60 yaşlı mütəxəssis C divizionunda düşdükləri qrupu dəyərləndirib. O bildirib ki, rəqibləri yaxşı tanıyır: “İlk növbədə, bu yaxınlarda AVRO-2024-ün seçmə mərhələsində qarşılaşdığımız Azərbaycan və Estoniya barədə lazımı məlumatımız var. Slovakiya isə AVRO-2020-də qrupumuzda olub. Artıq payızda kiminlə qarşılaşacağımızı bilirik və buna mümkün qədər yaxşı hazırlaşacağıq”.
Qeyd edək ki, millimiz AVRO-2024-ün seçmə mərhələsində İsveçə səfərdə 0:5 hesabı ilə uduzsa da, Bakıda 3:0 hesabı ilə qələbə qazanıb.
Emin Ağa
İdman.biz
