Millinin məşqçisi: “Ən güclü komandalarla qarşılaşacağıq” - VİDEO

Xəbərlər
9 Fevral 2024 00:12
Millinin məşqçisi: “Ən güclü komandalarla qarşılaşacağıq” - VİDEO

“Düşünürəm ki, çətin qrupa düşmüşük”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan yığmasının məşqçisi Arif Əsədov deyib.

UEFA Millətlər Liqasının Parisdə keçirilən mərasimdə iştirak edən təcrübəli mütəxəssis püşkü dəyərləndirib: “Səbətlərin ən güclü milli komandaları ilə qarşılaşacağıq. Həmin yığmaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq. Düşünürəm ki, maraqlı qrupdur. Milli komandamıza uğurlar arzu edirəm".

Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya komandaları ilə yarışacaq.

İdman.biz