Millətlər Liqasının püşkü atılıb: Yığmamız üçün tanış rəqiblər

Xəbərlər
8 Fevral 2024 21:32
2 242
Millətlər Liqasının püşkü atılıb: Yığmamız üçün tanış rəqiblər

Bu gün futbol üzrə Millətlər Liqasının 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, C divizionunda yarışacaq Azərbaycan yığmasının rəqibləri müəyyənləşib.

Püşkün nəticəsinə görə, 2-ci səbətdə yer alan millimiz İsveç, Slovakiya və Estoniya ilə eyni qrupda yer alıb. İsveçlilər və estoniyalılar AVRO-2024-ün seçmə mərhələsində yığmamızın rəqibi olublar. Slovakiya isə son Millətlər Liqasında C divizionunda komandamızla oynayıb.

Qruplar

1-ci qrup: İsveç, Azərbaycan, Slovakiya, Estoniya
2-ci qrup: Rumıniya, Kosova, Kipr, Litva/Cəbəllütariq
3-cü qrup: Lüksemburq, Bolqarıstan, Şimali İrlandiya, Belarus
4-ci qrup: Ermənistan, Farer adaları, Şimaliya Makedoniya, Latviya

Qeyd edək ki, püşkatma mərasimində ölkəmizi AFFA-nın vitse-prezidentləri Elşad Nəsirov, Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov təmsil ediblər.

İdman.biz