AFFA liqaların keçirilmə yerini dəyişib

Xəbərlər
6 Fevral 2024 17:16
207
AFFA liqaların keçirilmə yerini dəyişib

AFFA-nın uşaq və yeniyetmələr arasında keçirdiyi bəzi liqaların oyunlarının yeri dəyişdirilib.

İdman.biz xəbər verir ki, U-13, U-12, U-11 və U-10 liqalarında Paytaxt zonasında eyni stadionda keçirilən qarşılaşmalar yeni məkana köçüb.

Mövsümün qışa qədər olan hissəsində dörd liqanın görüşləri Fövqəladə Hallar Nazirliyinin Hövsandakı İdman-Sağlamlıq Klubunun meydançasında baş tutub. Lakin çempionatların 2024-cü ilə aid hissəsinin startı 2 həftə yubanıb. Buna da Hövsandakı meydançanın örtüyünün durumu və stadionun şəhərin mərkəzindən kənarda yerləşməsi səbəb olub.

Nəticədə ilin ilk 2 turunda baş tutmalı olan 66 matç təxirə salınıb. U-13, U-11 və U-10 liqalarının hərəsində turun 8, U-12 liqasında 9 matçı keçirilməyib. Bir sözlə, hər həftə 33 qarşılaşma təşkil edilməyib.

Lakin artıq liqaların oyunlarını qəbul edəcəyi yer bəlli olub. Matçların hamısı Azərbaycan Cüdo Federasiyasının təlim-məşq mərkəzində (köhnə “Neftçi” baza) təşkil olunacaq. Artıq həftəsonu – fevralın 10-da çempionat bərpa ediləcək.

İdman.biz

Məqalədə: