Azərbaycan millisinin yeni hədəfi - Avropa çempionatı - VİDEO

Xəbərlər
1 Fevral 2024 15:41
Azərbaycan millisinin yeni hədəfi - Avropa çempionatı - VİDEO

“Qadın futbolçularımız çox yaxşı formadadır. Bu qızlarla daha yaxşı nəticələr əldə etmək istəyirik”.

Bunu İdman.bizin studiyasının qonağı olan Azərbaycanın qadınlardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

37 yaşlı mütəxəssis son uğurdan sonra yığmanın hədəflərinin daha da böyüdüyünü bildirib. Onun sözlərinə görə, artıq hədəf Avropa çempionatıdır: “Martın 5-də Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq. Püşk üzümüzə gülsə, B səbətində yer alacağımıza görə A səbətindən 1, C-dən 2 rəqibimiz olacaq. Ən yaxşı ikincilərin pley-off oynamaq şansı olacaq. Zədələr problem yaratmasa, məqsədimiz Avropa çempionatında qrupa düşməkdir”.

Emin Ağa
İdman.biz