Azərbaycan millisi martda iki oyun keçirəcək

Xəbərlər
31 Yanvar 2024 17:33
Azərbaycan millisi martda iki oyun keçirəcək

Bakıda keçiriləcək “FİFA Series”in oyunlarının təqvimi bəlli olub.

İdman.biz xəbər verir ki, Bakı Olimpiya Stadionunda 4 beynəlxalq matç keçiriləcək.

Mini-turnirdə iştirak edəcək Azərbaycan, Tanzaniya, Monqolustan və Bolqarıstan milliləri hərəyə 2 qarşılaşma keçirəcək. Bu görüşlər martın 22-də və 25-də baş tutacaq.

Azərbaycan yığması əvvəl Asiya, ardınca Avropadan olan rəqibi ilə görüşəcək. Tanzaniya ilə duel isə baş tutmayacaq.

22 mart
Azərbaycan – Monqolustan
Bolqarıstan – Tanzaniya

25 mart
Azərbaycan – Bolqarıstan
Monqolustan – Tanzaniya

İdman.biz