Rahilli LKS heç-heçə oynayıb

Xəbərlər
30 Yanvar 2024 19:17
566
Rahilli LKS heç-heçə oynayıb

Azərbaycan yığmasının futbolçusu Rahil Məmmədovun çıxış etdiyi LKS yoldaşlıq oyununda qüvvəsini sınayıb.

İdman.biz xəbər verir ki, onun formasını geyindiyi komanda “Radniçki 1923” (Serbiya) ilə qarşılaşıb.

Rahilin start heyətində meydana çıxdığı matç 1:1 hesabı ilə başa çatıb. Məmmədov 30-cu dəqiqədə əvəzlənib. LKS-in qolinu Şeliqa vurub.

Qeyd edək ki, bundan əvvəl keçirdiyi 3 yoxlama oyununda qələbə qazanmışdı.

İdman.biz

Məqalədə: