Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununa çıxıb.
İdman.Biz xəbər verir ki, millimiz “Antalyaspor”un qadın komandası ilə qarşılaşıb.
Görüş Azərbaycan yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində 20-ci dəqiqədə Nigar Mirzalıyeva, 70-ci dəqiqədə isə Kristina Bakarandze fərqləniblər.
Azərbaycan millisi “Antalyaspor” üzərində ikinci qələbəsini qazanıb.
