"Qəbələ" baş menecerlə yollarını ayırıb

Xəbərlər
30 Yanvar 2024 12:20
149
"Qəbələ" baş menecerlə yollarını ayırıb

"Qəbələ" idman klubu baş menecer Nail Kərimovla yollarını ayırıb.

İdman.biz xəbər verir ki, 2021-ci ilin dekabrından bu vəzifəni tutan futbol funksioneri 2006-cı ildən klubda çalışıb.

O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini, rəhbəri və baş menecer kimi fəaliyyət göstərib.

Kərimovun akademiyada çalışdığı dövrdə aşağı yaş qrupu üzrə komandalarımız dəfələrlə ölkə çempionatının qalibi və mükafatçısı olub, beynəlxalq yarışlarda uğurlar qazanıb, U-19 avrokuboklarda mübarizə aparıb.

O, həmçinin baş menecer kimi “Qəbələ” ilə Azərbaycan kubokunun 2022/23 mövsümünün qalibi adını qazanıb.

Qeyd edək ki, Nail Kərimov "Qəbələ" idman klubundan öz istəyi ilə ayrılıb.

İdman.biz