“Zirə” PFK-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Qırğızıstanın paytaxtı Bişkekdə bir sıra görüşlər keçirib.
İdman.Biz xəbər verir ki, klub rəsmisi Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti Nurdin Bukiyev və Dövlət Bədən Tərbiyəsi və İdman Agentliyinin direktoru Urmat Asanbayevlə görüşüb.
Görüşlər zamanı “Zirə” PFK ilə əməkdaşlıq imkanları, həmçinin Azərbaycan və Qırğızıstan arasında minifutbolun inkişafına yönəlmiş birgə layihələr və yeni təşəbbüslər müzakirə olunub.
