“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı - FOTO

9 Oktyabr 2026 00:03
94
“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı

“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsində ev oyunlarını keçirəcəyi Bakı Olimpiya Stadionunda ilk məşqinə çıxıb.

İdman.Biz xəbər verir ki, paytaxt klubu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Klub stadiondakı məşqdən fotolar yayımlayaraq “Möhtəşəm arenada ilk məşqimizdən kadrlar!” sözlərini qeyd edib.

Xatırladaq ki, “Sabah” Çempionlar Liqasının liqa mərhələsində ilk ev oyununu oktyabrın 13-də Çexiyanın “Slaviya” komandasına qarşı keçirəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşma saat 20:45-də başlayacaq.

İdman.Biz