“Sabah” futbol komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniyanın “Borussiya Dortmund” klubu ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.
İdman.Biz xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Biletlərin qiymətləri 15-650 manat arasında dəyişir. Matça bilet satışı iticket.az vasitəsilə həyata keçirilir.
Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Birinci turun nəticələrinə əsasən, “Borussiya”nın 3, “Sabah”ın isə xalı yoxdur. Dortmund təmsilçisi “Vilyarreal”ı 3:2 hesabı ilə məğlub edib, “Sabah” isə “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzub.
Komandalar üz-üzə gələnədək daha bir oyun keçirəcəklər. “Sabah” oktyabrın 13-də Praqanın “Slaviya” klubunu qəbul edəcək. “Borussiya” isə bir gün sonra səfərdə “Bude-Qlimt”lə qarşılaşacaq.
