Azərbaycan Kubokunda bu gün daha üç oyun keçiriləcək

8 Oktyabr 2026 09:41
99
Azərbaycan Kubokunda bu gün daha üç oyun keçiriləcək

Futbol üzrə Azərbaycan Kubokunda birinci təsnifat mərhələsində bu gün daha üç qarşılaşma keçiriləcək.

İdman.Biz xəbər verir ki, dünən start götürən mərhələnin ikinci oyun günündə ilk olaraq “Difai” və “Zəngəzur” komandaları üz-üzə gələcək.

Digər iki matç isə yarım saat sonra başlayacaq. “Marafon” Sabirabadda “Dinamo”nu qəbul edəcək, “Şirvan” isə doğma meydanda “Kür-Araz”la qarşılaşacaq.

Azərbaycan Kuboku
Birinci təsnifat mərhələsi
8 oktyabr
14:00. “Difai” - “Zəngəzur”

Hakimlər: Murad Səlimov, Vüqar Bayramov, Sevda Nuriyeva, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Palms Sports Futbol Mərkəzi (Dördüncü meydan)

14:30. “Marafon” - “Dinamo”
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Ruslan Babayev, Nəriman Ağayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Marafon Arena”

14:30. “Şirvan” - “Kür-Araz”
Hakimlər: Nazim Abdullayev, Məmmədəli Kərimov, Ruslan Məmmədov, Nahid Xasıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu

Qeyd edək ki, ötən gün “Qaradağ Lökbatan” doğma meydanda “Şəki”ni 12:0 hesabı ilə məğlub edib. “Şəmkir” isə evdə “Ağstafa Gəncləri”nə uduzub - 1:5.

Azərbaycan Kubokunda birinci təsnifat mərhələsinə oktyabrın 9-da yekun vurulacaq.

İdman.Biz