“Şahdağ Qusar”dan “Zaqatala”ya altı cavabsız qol

7 Oktyabr 2026 20:43
109
“Şahdağ Qusar”dan “Zaqatala”ya altı cavabsız qol

Azərbaycan Birinci Liqasında dördüncü tura start verilib.

İdman.Biz xəbər verir ki, turun ilk oyununda “Şahdağ Qusar” doğma meydanda “Zaqatala”nı böyük hesabla məğlub edib.

Qarşılaşma Qusar təmsilçisinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları İ. Butrif (5), M. Baxşalı (19, 90), J. Zenqo (38, 62) və A. Çipesse (83) vurub.

Bu nəticədən sonra “Şahdağ Qusar” 12 xalla turnir cədvəlinə başçılıq edir.

Dördüncü turun digər oyunları 8 və 9 oktyabrda keçiriləcək.

8 oktyabr

“Səbail” – “Karvan-Yevlax”

9 oktyabr

MOİK – “Mingəçevir”

“Şimal” – “Xankəndi”

“Gəncəbasar” – “Baku Sportinq”

İdman.Biz