Məhəmməd Bədəlbəyli: “AFFA-dan verilən töhmətlə razılaşdım, çox sərt qərar deyil”

7 Oktyabr 2026 17:58
114
Məhəmməd Bədəlbəyli: “AFFA-dan verilən töhmətlə razılaşdım, çox sərt qərar deyil”

“Şahdağ Qusar” futbol komandasının idman direktoru Məhəmməd Bədəlbəyli AFFA-dan verilən töhmətlə razılaşıb.

Klub rəsmisi məsələ ilə bağlı AFFA İntizam Komitəsinin iclasında iştirak etdiyini bildirib.

“Sənədlərdə mexaniki xətalara yol vermişdik. Sonra onları düzəldib yenidən təqdim edəndə bir az gecikdik. İntizam Komitəsinin üzvləri ilə görüşdə səhlənkarlıq etdiyimi bildirdim. Sənədləri artıq düzəltmişik, hər şey qaydasındadır”, - deyə o report.az-a açıqlamasında söyləyib.

M.Bədəlbəyli qərardan narazı olmadığını vurğulayıb:

“Əslində ciddi problem olmadı. Verilən cəza ilə razılaşdım, çox sərt qərar deyil”.

Qeyd edək ki, “Şahdağ Qusar” hazırda Birinci Liqada doqquz xalla liderdir.

İdman.Biz