Azərbaycan Birinci Liqasında dördüncü turun növbəti oyunu keçirilib.
İdman.Biz xəbər verir ki, “Səbail” Binə qəsəbə stadionunda “Karvan-Yevlax”ı qəbul edib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Hesabı yeddinci dəqiqədə “Səbail”in futbolçusu A. Qomes Soares açıb. “Karvan-Yevlax” 61-ci dəqiqədə E. Sillasın qolu ilə tarazlığı bərpa edib.
Qeyd edək ki, turun ilk oyununda “Şahdağ Qusar” “Zaqatala”nı 6:0 hesabı ilə məğlub edib.
Turun digər oyunları 9 oktyabrda keçiriləcək:
MOİK - “Mingəçevir”
“Şimal” - “Xankəndi”
“Gəncəbasar” - “Baku Sportinq”
