“İmişli”də məşqçi və şef-skautla yollar ayrıldı

8 Oktyabr 2026 19:25
102
“İmişli”də məşqçi və şef-skautla yollar ayrıldı

“İmişli” PFK-da iki mütəxəssislə yollar ayrılıb.

İdman.Biz xəbər verir ki, klubun köməkçi məşqçisi Zamir Həsənov və şef-skaut Rəsul Allahverdiyevlə əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verilib.

Klub hər iki mütəxəssisə göstərdikləri xidmətlərə və sərf etdikləri əməyə görə təşəkkür edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, “İmişli” Misli Premyer Liqasında dörd xalla səkkizinci pillədə qərarlaşıb.

İdman.Biz