Azərbaycan İkinci Liqasında çıxış edən “Şirvan” heyətinə daha bir futbolçu cəlb edib.
İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
Komanda Elcan Məmmədovu transfer edib. Futbolçu ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Şirvan” ötən mövsüm Azərbaycan İkinci Liqasında 27 oyun keçirərək 40 xal toplayıb. Komanda çempionatı 12 iştirakçı arasında dördüncü pillədə başa vurub. Şirvan təmsilçisi mövsüm ərzində 12 qələbə qazanıb, dörd heç-heçə edib və 11 dəfə məğlub olub.
Xatırladaq ki, klub daha əvvəl Namiq Hüseynzadə, Elgün Xəlilov, Çingiz Məmmədov, İbrahim Aslanlı və Kamran Qürbətovu da heyətinə qatıb.
