Azərbaycan Birinci Liqasında mübarizə aparacaq “Şimal” futbol klubu mövsüm ərzində ev matçlarını Xaçmazda keçirməyəcək.
İdman.Biz xəbər verir ki, klubun ev qarşılaşmalarının keçirilməsi üçün Şamaxı Olimpiya Mərkəzinin stadionu müəyyənləşdirilib.
Xaçmaz Olimpiya İdman Kompleksinin stadionu Birinci Liqanın tələblərinə cavab vermədiyi üçün bölgə komandası ev oyunlarını Şamaxıda keçirmək qərarına gəlib.
“Şimal” yeni mövsümdə ilk dəfə sentyabrın 4-də meydana çıxacaq. Xaçmaz təmsilçisi birinci turda “Gəncəbasar”la qarşılaşacaq.
Qeyd edək ki, Şamaxıdakı stadionda Misli Premyer Liqasında çıxış edən “Şamaxı” və “Araz-Naxçıvan” da ev oyunlarını keçirir.
