Azərbaycanın 17 yaşadək qızlardan ibarət futbol millisi yoldaşlıq oyununda Qırğızıstan yığması ilə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, Bişkek şəhərində baş tutan matç rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində yeganə qolu Xədicə Rəhimova vurub.
Qeyd edək ki, hazırda Qırğızıstanda təlim-məşq toplanışında olan U-17 avqustun 30-da bu ölkənin yığmasına 0:3 hesabı ilə məğlub olub.
