“Şahdağ Qusar” “Sabah”ın futbolçusunu icarəyə götürdü

3 Sentyabr 2026 09:39
124
“Şahdağ Qusar” “Sabah”ın futbolçusunu icarəyə götürdü

Azərbaycan Birinci Liqasında çıxış edən “Şahdağ Qusar” heyətinə daha bir futbolçu qatıb.

İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Komanda “Sabah”dan müdafiəçi Həmzəalı Mikayılovu mövsümün sonuna qədər icarəyə götürüb.

Qeyd edək ki, Mikayılov Azərbaycanın U-21 millisinin də üzvüdür.

Xatırladaq ki, “Şahdağ Qusar” daha əvvəl yarımmüdafiəçi Aqil Nəsibov və hücumçu İdir Boutrifi ilə anlaşıb.

İdman.Biz