“Qarabağ” U-19-un Gənclər Liqasındakı rəqibi bəlli oldu

1 Sentyabr 2026 23:24
107
“Qarabağ” U-19-un Gənclər Liqasındakı rəqibi bəlli oldu

UEFA Gənclər Liqasının 2026/27 mövsümündə Çempionlar yolunun püşkatması keçirilib.

İdman.Biz xəbər verir ki, püşkün nəticəsinə əsasən, “Qarabağ”ın U-19 komandası ikinci mərhələdə Xorvatiyanın “Dinamo” (Zaqreb) kollektivi ilə üz-üzə gələcək.

İlk oyun oktyabrın 28-də Bakıda, cavab qarşılaşması isə noyabrın 4-də Zaqrebdə keçiriləcək.

İdman.Biz