Elmar Baxşıyev “Qəbələ” futbol komandasının baş məşqçi postuna əsas namizəd olmasına münasibət bildirib.
Mütəxəssis hazırda heç bir klubla danışıq aparmadığını vurğulayıb.
“Heç kimlə danışıq aparmamışam. Olmayan bir şeyə şərh vermək mümkün deyil”, - deyə o report.az-a açıqlamasında söyləyib.
Elmar Baxşıyev 2020-ci ildən 2024-cü ilədək “Qəbələ”nin baş məşqçisi olub.
Qeyd edək ki, bölgə təmsilçisi ötən gün gürcüstanlı baş məşqçisi Kaxaber Tsxadadze ilə qarşılıqlı razılıq əsasında yolları ayırıb.
Xatırladaq ki, yerli mətbuatda Elmar Baxşıyevin yenidən “Qəbələ”nin baş məşqçisi postuna gətirilə biləcəyi barədə məlumat yayılmışdı.
