Birinci Liqada mübarizə aparan “Gəncəbasar” heyətinə daha bir futbolçu cəlb edib.
İdman.Biz xəbər verir ki, bölgə klubu Nihat Fərəcini transfer edib.
23 yaşlı yarımmüdafiəçi ilə birillik müqavilə imzalanıb. Gəncə futbol məktəbinin yetirməsi olan Fərəci daha əvvəl “Kəpəz”də də çıxış edib.
Qeyd edək ki, Birinci Liqada çıxış edən “Cəbrayıl” klubunun sahibi dəyişdikdən sonra komandanın adı “Gəncəbasar” olaraq dəyişdirilib.
Xatırladaq ki, “Gəncəbasar” daha əvvəl hücumçular İlham Hüseynov və Cavad Kərimov, yarımmüdafiəçi Samir Məhərrəmli, müdafiəçi Mahir Həsənovla anlaşıb.
