Zaur İsmayılov “Sabah”a məğlubiyyəti şərh edib

31 Avqust 2026 21:27
141
Zaur İsmayılov “Sabah”a məğlubiyyəti şərh edib

“Araz-Naxçıvan”ın baş məşqçisi Zaur İsmayılov Azərbaycan Premyer Liqasının III turunda “Sabah”a 0:1 hesabı ilə uduzduqları oyunu şərh edib.

İdman.Biz bildirir ki, mütəxəssis qarşılaşmanın nəticəsinə müdafiədə buraxılan səhvin təsir etdiyini bildirib:

“Ötən turda “Neftçi” ilə oyunda (0:5) müdafiədə kobud səhvlərə yol verdik və rəqibə qol imkanları yaratdıq. Bugünkü görüşdə də yenə müdafiədə kobud səhvə yol verdik və bu, rəqibin hesabı açmasına imkan verdi. Halbuki müdafiə baxımından düzgün oynayır və yaxşı müdafiə olunurduq”, - İsmayılov deyib.

“Araz-Naxçıvan”ın baş məşqçisi komandanın üzərində işləməyə davam edəcəyini vurğulayıb:

“Qarşıdakı oyunlara hazırlaşacağıq. Komandamızın böyük potensialı var. Oyunumuz baxımından inkişaf etməliyik. İnanıram ki, qarşımıza qoyulan məqsədə çatacağıq”, - o əlavə edib.

Qeyd edək ki, görüşdə yeganə qol 49-cu dəqiqədə vurulub. Mbina “Araz-Naxçıvan”ın müdafiə xəttinin səhvindən yararlanaraq “Sabah”a 1:0 hesablı qələbə qazandırıb.

“Araz-Naxçıvan” 3 turdan sonra 1 xalla kifayətlənib.

İdman.Biz