Rahil Məmmədov Antalya toplanışında - FOTO

Xəbərlər
23 Yanvar 2024 13:32
145
Rahil Məmmədov Antalya toplanışında - FOTO

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın LKS klubunda məşqlərə başlayıb.

İdman.biz xəbər verir ki, Lodz təmsilçisi Türkiyədə təşkil olunan qış təlim-məşq toplanışı çərçivəsində ilk məşqlərini keçirib.

Antalyanın Side bölgəsindəki hazırlıq prosesində 27 futbolçu iştirak edir. Onlardan beşi, o cümlədən Rahil yeni transferlərdir. Onun kimi Riza Durmisi, Tiaqo Seiyas, Huseyn Baliç və Yadegar Rostami də komandaya qışda qoşulub.

Qeyd edək ki, 1,5 illik müqavilə imzalayan Rahilin komandası Antalyada 4 yoxlama oyunu keçirəcək. LKS Qazaxıstanın “Atırau” (23 yanvar), Serbiyanın “Radniçki” (26 yanvar), Cənubi Koreyanın “Qanqvun” (30 yanvar) və Şimali Makedoniyanın “Struqa” (2 fevral) klubları ilə görüşəcək.

İdman.biz

Məqalədə: